Dilçilik, ədəbiyyat, pedaqogika elm sahələrində nəşr olunan akademik jurnalın məqsədi bu sahələr üzrə aktual, orijinal tədqiqatlar, tətbiq və dəyərləndirmələr dərc etməklə həmin istiqamət üzrə bilikləri artırmaq, elmi müzakirələrə töhfə vermək, yeni, yaradıcı ideya və elmi müddəaların yaranmasını və təbliğ edilməsini təşviq etməkdir. Məqsədin reallaşması üçün jurnalımızda müasir elmin ən aktual və mühüm araşdırmalarını paylaşmaqla oxucularımıza öz sahələrində zəruri, müasir, dərin bilik və anlayışlar təqdim edirik. Qeyd olunduğu kimi, jurnal ixtisaslaşdırılmış ekspert rəyinə əsaslanaraq fəaliyyət göstərir. Məqalələr sahə üzrə mütəxəssis və təcrübəli opponentlər tərəfindən yüksək kriteriya və standartlar əsasında ətraflı dəyərləndirilir. Nəticədə jurnalın məqsədi dərc olunan hər bir məqalənin keyfiyyətini və etibarlılığını təmin etməklə müasir tələblərinə uyğun şəkildə yerinə yetirilir.