“Journal of Baku Engineering Uniersity. Philology and Pedaqogy” jurnalı nüfuzlu elmi heyətin resenziya və rəyləri əsasında formalaşan akademik jurnalıdır. Filologiya və pedaqogika elm sahələrində aparılan orijinal tədqiqat və məruzələr dərc edilən bu jurnalımız 2017-ci ildən ildə iki dəfə olmaqla (iyun və dekabr ayları) nəşr olunur. Cari ilədək jurnalın 14 sayı işıq üzü görmüşdür.
Filologiya və pedaqogika jurnalı geniş əhatə dairəsinə malikdir, empirik, nəzəri, tətbiqi tədqiqatlar və dəyərləndirmələr daxil olmaqla aktual elmi araşdırmaları özündə ehtiva edir. Müvafiq olaraq, jurnalımızda ümumelmi və səciyyəvi tədqiqat metod və üsullarını əhatə edən zəngin, aktual və yaradıcı elmi məzmun təqdim olunur.
Jurnalımızın redaksiya heyətini ölkənin və xaricdən cəb edilən nüfuzlu alimləri təmsil edir. Redaktorlarımız məqalələrin aktuallığını, elmi dəyərini, nəzəri və təcrübi əhəmiyyətini təmin etmək və dərc olunan hər bir məqalənin yüksək standartlara cavab verməsi üçün səylə çalışırlar.
Bakı Mühəndislik Universitetinin “Filologiya və pedaqogika” jurnalı açıq giriş siyasətinin (open access) tətbiq olunduğu elmi topludur. Jurnalımız elmi məlumatlara sərbəst çıxışı təşviq edir və dərc edilmiş məqalələrin mümkün qədər geniş auditoriyaya çatmasını təmin edir. Bundan əlavə, biz məqalələrin orijinallığını, keyfiyyətini və etibarlılığını təmin etmək məqsədi ilə ixtisaslı ekspert rəy sistemini tətbiq edirik.